Meksikanın 2 ştatında fövqəladə vəziyyət rejimi elan edilib
23 Oktyabr 2018 11:33 DünyaMeksikanın Sinaloa və Nayarit ştatlarında "Uilla" qasırğası səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.
Bu barədə qərarı Meksika Milli Mülki Müdafiə Xidməti qəbul edib.
Xidmətin məlumatına əsasən, fövqəladə vəziyyət rejimi Sinaloanın 7 bələdəiyyəsində, Nayarita ştatının isə 12 bələdiyyəsində tətbiq edilir. Fövqəladə vəziyyət rejimi elan olunduqdan sonra bələdiyyələr fövqəladə hallarda yardım fondunun vəsaitlərinə çıxış əldə etmək imkanına malik olurlar.
Xatırladaq ki, daha əvvəl sakit okeanda formalaşan və Meksika sahillərinə yaxınlaşan "Uilla" qasırğası 5-ci təhlükə dərəcəsindən 4-cüyə qədər düşüb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31