Milyarder Corc Sorosun evi yaxınlığında partlayıcı qurğu aşkar edilib
23 Oktyabr 2018 11:22 DünyaABŞ-ın Nyu-York ştatında maliyyəçi Corc Sorosun evi yaxınlığında partlayıcı qurğu aşkar edilib.
Hadisə yerinə istehkamçı qrupu çağırılıb və qurğu istehkamçıların nəzarəti ilə partladılıb.
Qəzet C.Sorosun partlayıcı qurğu aşkarlandığı zaman öz evində olub-olmadığını müəyyənləşdirə bilməyib.
Qeyd edək ki, Corc Soros "Soros Fund Management" xec fondunun banisi və rəhbəridir. C.Soros dünyanın ən varlı insanların biri sayılır. "Forbes" jurnalının məlumatına əsasən, C.Sorosun 25 milyard dollara yaxın sərvəti var.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31