MKİ rəhbəri səudiyyəli jurnalistin ölümünün araşdırılması ilə bağlı Türkiyəyə gəlir
23 Oktyabr 2018 11:13 DünyaABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Cina Hespel səudiyyəli jurnalist Camal Xaşuqcinin ölümünün araşdırılması ilə əlaqədar olaraq bu gün Türkiyəyə gələcək.
C.Hespel səfəri çərçivəsində Türkiyənin rəsmi şəxsləri ilə görüşəcək.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Qeyd edək ki, oktyabrın 2-də ər-Riyadın siyasətini tənqid etməklə tanınan C.Xaşuqci Türkiyə vətəndaşı ilə nikahını rəsmiləşdirmək üçün sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedəndən sonra itkin düşüb. Bir neçə gün sonra Türkiyə polisi onun itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.
Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanı hakimiyyəti C.Xaşuqcinin Baş konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31