Ermənistan Rusiyadan aldığı qazın qiymətinə yenidən baxılmasını istəyir

Ermənistanın baş naziri Nikol Paşinyan yeni təyin etdiyi energetika naziri Qareqin Baqramyana Rusiya ilə təbii qazın təzə qiymətinə dair təkliflər paketinin təhlilini başa çatdırmağı tapşırıb.

Bu barədə məlumat N.Paşinyanın "Fasebook" səhifəsində yayılıb.

Hökumət başçısı bildirib ki, cari il noyabrın 8-də və dekabrın ortalarında Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir. Onun sözlərinə görə, təbii qazın qiyməti ilə bağlı təkliflər paketi nə qədər tez hazır olsa yaxşıdır. 

Q.Baqramyan isə bildirib ki, Rusiyadan təbii qazın min kubmetrini 150 dollara almaq rəsmi Yerevana sərf eləmir: "Ən sərfəli qiymət təbii qazın min kub metrini 140 dollara tədarük etməkdir. Bundan başqa istehlakçılar üçün də tarifərə yenidən baxmaq lazımdır".

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31