Floridada qasırğa səbəbindən fövqəladə vəziyyət elan olunub

ABŞ-ın Florida ştatının rəhbərliyi "Maykl" qasırğası səbəbindən 67 dairədən 26-da fövqəladə vəziyyət rejimi elan edib.

Bu barədə regionun qubernatoru Rik Skottun saytında məlumat yerləşdirilib.

Bildirilir ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması işinə yardım göstərmək üçün ABŞ Milli Qvardiyasının 500 üzvü hazırlıq vəziyyətinə gətirilib.

Bundan əvvəl Meksikanın Kintana-Roo ştatı yaxınlığında "Maykl" tropik qasırğasının formalaşdığı məlum olub.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31