Ermənistanda Robert Koçaryanla yaxınlığı olan telekanalın sahibi saxlanılıb
8 Oktyabr 2018 11:33 DünyaErmənistanda "H2" telekanalının sahibi olan tanınmış iş adamı Samvel Mayrapetyan saxlanılıb.
Bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Qeyd olunur ki, S.Mayrapetyan Ermənistanın keçmiş prezident Robert Koçaryana yaxın insan kimi tanınır.
Xatırladaq ki, daha əvvəl Ermənistanın keçmiş prezidentindən 2008-ci il martın 1-də keçirilmiş etiraz aksiyalarının dağıdılması ilə bağlı cinayət işi üzrə ittihamlarla əlaqədar ölkəni tərk etməyəcəyinə dair imzalı sənəd alındığı bildirilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31