İran parlamenti ölkənin FATF-a üzv olması haqqında sənədi təsdiqləyib

İran parlamenti ölkənin Çirkli Pulların Yuyulmasının qarşısının alınması ilə bağlı Maliyyə Qrupu (FATF) təşkilatına üzv olması haqqında sənədi təsdiqləyib.

İclasda iştirak edən 271 deputatdan 143-ü sənədin lehinə, 120-si isə əleyhinə səs verib, 5 nəfər isə bitərəf qalıb, 3 deputat isə səs verməyib.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei sənədi təsdiqlədikdən sonra ölkənin FATF-ə təşkilatına üzv olması rəsmiləşəcək.

Qeyd edək ki, hakimiyyətdaxili qruplar İranın bu təşkilata üzv olması məsələsində fərqli mövqedən çıxış edirdilər. Üzvülüyüə qarşı olanlar hesab edir ki, bununla İranın maliyyə sektoruna nəzarət güclənəcək. Onların fikrincə, üzvülük İranı yaranmış mövcud maliyyə-iqtisadi böhrandan çıxarmayacaq.

Xatırladaq ki, FATF-ın 37 üzvü var. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31