Türkiyədə kütləvi zəhərlənmə - Hovuz xlorla təmizləndikədən sonra
8 Oktyabr 2018 11:07 DünyaTürkiyənin Qaziantep vilayətində kütləvi zəhərlənmə baş verib. 32 nəfər xlordan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisə idman komplekslərindən birində hovuz dezinfeksiya edildikdən sonra baş verib.
Zəhərlənən şəxslərdən 6 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, sonuncu dəfə Türkiyədə may ayında kütləvi zəhərlənmə faktı qeydə alınmışdı, həmin vaxt 81 hərbçi zəhərlənmişdi.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31