Kərim Həbib-Konor döyüşündən 100 min dollar qazanıb
8 Oktyabr 2018 09:49 DünyaAmerikanın daha çox "French Montana" ləqəbi ilə tanınan repçisi Kərim Harbuş Həbib Nurməhəmmədov - Konor Makqreqor döyüşündən 100 min dollar qazanıb.
Olaylar.az "report"-a istinadən bildirir ki, repçi TMZ nəşrinə müsahibəsində bu qazancı ilə fərəhlənib.
"French Montana" rusiyalı döyüşçünün qatı azarkeşidir. Musiqiçinin sözlərinə görə, o, öz "qardaşı"nın qələbəsinə pul qoyub və bunda yanılmayıb. Harbuş indi Makqreqorun təkid etdiyi revanş döyüşü gözləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31