Ərdoğan İraqın yeni prezidentini təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraq Prezidenti Bərham Saleh arasında telefon danışığı olub.

Rəcəb Tayyib Ərdoğan Bərham Salehi Prezident seçilməsi münasibətilə təbrik edib.

Dövlət başçıları iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31