NATO-dan sərt açıqlama: "Rusiya bunu dayandırmalıdır!"
5 Oktyabr 2018 12:18 DünyaRusiya məsuliyyətsiz davranışları dayandırmalıdır.
Bu sözləri NATO rəhbəri Yens Stoltenberq rusiyalı kəşfiyyatçıların KSQT-yə qarşı kiberhücumlarla bağlı açıqlamasında deyib.
"NATO Hollandiya və İngiltərə ilə həmrəydir. Rusiya məsuliyyətsiz davranışlara son verməlidir", - deyə Stoltenberq vurğulayıb.
O bildirib ki, bu kimi hücumların qarşısının alınması üçün təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Qeyd edək ki, Hollandiya tərəfi rusiyalı kəşfiyyatçıların Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) sisteminə kiberhücum təşkil etdiklərini açıqlamışdı.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31