ABŞ-dan Türkiyəyə dəstək: "müttəfiqimizin yanındayıq"

Batmanda bu gün baş verən hücumu şiddətlə qınayır, dünyasını dəyişənlərin yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Bu barədə ABŞ-ın Türkiyədəki səfirliyindən informasiya yayılıb.

"PKK terrorçuları hücumlara son verməlidir. Terrorla mübarizədə müttəfiqimiz Türkiyənin yanındayıq", - səfirlik açıqlamasında deyilib.

Qeyd edək ki, Türkiyənin Batman bölgəsində yol kənarında yerləşdirilmiş uzaqdan idarə edilən partladıcının işə salınması nəticəsində ərazidən keçən hərbi maşındakı 7 əsgər şəhid olmuşdu.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31