Hindistandan müsəlmanlara qarşı şok qərar

Hindistan Ali Məhkəməsi Arakan müsəlmanlarının Myanmaya deportasiyanın dayandırılması ilə bağlı təklifi rədd edib.

Ali Məhkəmə 7 arakanlı müsəlmanın Hindistanda qalmasına izn verilməsi iddiasını qəbul etməyib.

Həmin şəxslərin 2012-ci ildə Hindistana qeyri-qanuni şəkildə daxil olduqlarına görə həbs olunduqları və Myanmaya göndəriləcəkləri bildirilib.

Qeyd edək ki, Myanmanın ordu qüvvələri buddistlərin fitvası ilə minlərlə arakanlı müsəlmana qarşı soyqırım həyata keçirir.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31