Bu ölkə Su-35-lərin alışından son anda imtina etdi

Rusiya ABŞ-ın CAATSA qanunu çərçivəsində İndoneziyaya 11 ədəd Su-35 qırıcısının tədarükünü ləğv edib.

Bu barədə məlumatı "Kommersant" qəzeti yayıb. Məlumata görə, Rusiya ilk təyyarəni İndoneziyaya oktyabrda verməli idi. Lakin ABŞ CAATSA qanunu çərçivəsində İndoneziyaya sanksiya tətbiq edilməyəcəyi ilə bağlı zəmanət verməyib.

Qeyd edək ki, CAATSA qanuna əsasən, ABŞ özünün sanksiyalar siyahısına saldığı Rusiya hərbi şirkətləri ilə əlaqələri dayandırıb. Bununla bərabər ABŞ bu şirkətlərdən əhəmiyyətli həcmdə silah alan hər bir ölkə və şirkətə də sanksiya tətbiq edəcəyini bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31