Putin Şröyderin 5-ci toyuna getməkdən imtina etdi

Rusiya Prezidenti Vladimir Putin Almaniyanın keçmiş kansleri Herhard Şröyderin toy mərasiminə getməkdən imtina edib.

Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, Şröyder Cənubi Koreyadan olan Kim So Yenlə evlənir. Onların toy mərasimi bu gün baş tutacaq. Bu, 74 yaşlı kanslerin artıq 5-ci evliliyi olacaq.

Bundan öncə "Bild" qəzeti Putinin Şröyderin nikahında iştirak edəcəyi ilə bağlı məlumat yaymışdı.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31