Mərakeşdə 90 min il yaşı olan qədim bıçaq tapılıb
5 Oktyabr 2018 11:32 DünyaMərakeşdə on min illərlə yaşı olan qədim bıçaq aşkarlanıb.
Bu barədə "N+1" məlumat yayıb.
Qədim dövrün aləti Aralıq dənizinin sahilində, Rabat şəhərinin 10 kilometrliyindəki Dar əs-Soltan 1-dəki mağarada tapılıb. Onun uzunluğu 12,2 santimetr, eni 1,8 mm-dən 2,75 santimetrə qədərdir.
Bıçağın öküz qabırğalarından hazırlandığı ehtimal edilir. Məlumata görə, arxeoloji tapıntının təqribən 90 min il yaşı var.
Qədim bıçağın ateriya mədəniyyəti dövrünə aid olduğu güman edilir. Ateriya mədəniyyəti Afrikanın şimalında 145-20 min il əvvəl mövcud olub. O, erkən "Homosapiens"lə birləşir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31