Cənubi Afrikada iki qatar toqquşub, 320 nəfər xəsarət alıb
5 Oktyabr 2018 11:30 DünyaCənubi Afrikada iki qatarın toqquşması nəticəsində azı 320 sərnişin xəsarət alıb.
Hadisə dünən gecə Yohannesburq şəhərindən şərqdə baş verib.
Pretoriya şəhərinə gedən qatar Kempton Park şəhərinin stansiyasında dayanmış başqa qatara çırpılıb.
Dəmir yolu şirkətinin nümayəndəsinin sözlərinə görə, 32 sərnişin ağır yaralanıb, amma onların həyatı təhlükəsi yoxdur.
Dəmir Yollarında Təhlükəsizlik İdarəsi (RSR) hadisənin başvermə səbəblərini araşdırır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31