Tramp KİV-in onun Rusiya və KXDR-ə münasibəti haqqında xəbərlərinə qəzəblənib
5 Oktyabr 2018 11:27 DünyaABŞ prezidenti Donald Tramp yerli kütləvi informasiya vasitələrinin onun Rusiya və KXDR-ə münasibətləri haqqında xəbərlərindən hiddətlənib.
O, bu barədə fikirlərini Minnesotda, tərəfdarları qarşısında çıxışında ifadə edib.
Dövlət başçısı qeyd edib ki, "saxta" KİV-lər onun Rusiyaya qarşı münasibətini çox mehriban, KXDR-ə qarşı münasibətini isə çox sərt adlandırıblar. "Onlar bildiriblər ki, mən Rusiyaya qarşı çox mehriban, Şimali Koreyaya qarşı olduqca sərt olmuşam", - deyə Ağ Ev rəhbəri qeyd edib.
Bununla yanaşı, Tramp bildirib ki, əgər o, Rusiyaya münasibətdə "kobud" olsaydı, onda KİV-də dövlət başçısının Rusiyaya münasibətdə "çox sərt olması" xəbər verilərdi.
"Bütün bunlar saxta xəbərlərdir", - deyə Tramp fikirlərini tamamlayıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31