Londonda 4 məktəb təhlükəli hörümçəklərə görə bağlanıb
5 Oktyabr 2018 11:24 DünyaBöyük Britaniyanın paytaxtı Londonda 4 məktəb hörümçəklərə görə bağlanıb.
Bildirilib ki, ən təhlükəli həşəratlara görə paytaxtın Nyuhem rayonunda bir neçə təhsil müəssisəsinin işində fasilə yaranıb. Orta məktəblərin rəhbərliyi valideynlərdən uşaqları evdə saxlamağı xahiş edib.
"Əməkdaşların və şagirdlərin təhlükəsizliyi, rifahı bizim üçün prioritetdir. Başa düşürük ki, bu, sizin üçün yaxşı deyil, amma uşağınızın marağı üçün onları evdə saxlayın, məktəbdə yox" - deyə bir təhsil müəssisəsinin tədris hissə müdirinin yazılı məktubunda deyilir.
İdarə əməkdaşları bu təhlükəli həşəratlarla mübarizə üçün artıq məktəbə mütəxəssisləri də çağırıblar. Onlara hörümçəklərdən qurtulmaq üçün təxminən üç həftə vaxt lazımdır.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31