Cənubi Koreyanın sabiq prezidenti 15 il həbs cəzasına məhkum edilib

Cənubi Koreya məhkəməsi ölkənin sabiq prezident Li Myon Bakı dövlət vəsaitinin talan olunmasına görə 15 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Li Myon Bak azadlıqdan məhrum edilməklə yanaşı, 13 milyard von (11,5 milyon dollar) məbləğində cərimə ödəyəcək.

Məhkəmə sabiq dövlət başçısını 16 ittiham maddəsindən 7-si üzrə günahkar bilib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31