Yunanıstanın baş naziri dekabrda Rusiyaya səfər edə bilər

Yunanıstanın baş naziri Aleksis Tsipras dekabr ayının ilk yarısında Rusiyaya səfər edə bilər.

Bu barədə Yunanıstanın diplomatik dairələrindən mənbə xəbər verib.

Mənbə bildirib: "Yunanıstan baş nazirinin Rusiyaya səfəri hazırda işlənilir. Səfərin bu ilin ilin sonunda baş tutacağınl istisna etmirəm. Ola bilsin ki, dekabrın birinci yarısında baş tutsun".

Xatırladaq ki, A.Tsipras ötən ay 2018-ci ildə Rusiyaya səfər etmək niyyətində olduğunu bildirmişdi.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31