Tramp HHQ nazirini istefaya göndərməyi planlaşdırır

ABŞ prezidenti Donald Tramp Hərbi Hava Qüvvələri naziri Hizer Uilsonu istefaya göndərməyi planlaşdırır.

D.Tramp H.Uilsonu kosmik qüvvələrin yaradılması üzrə işindən narazı qaldığına görə istefaya göndərmək niyyətindədir.

Nəşrin məlumatına əsasən, Uilsonun istefası noyabr ayında konqres seçkilərindən sonra baş tuta bilər, lakin bu barədə yekun qərar hələ qəbul olunmayıb.

Qeyd edilir ki, administrasiyada artıq yeni nazirin namizədliyini müzakirə edirlər. Ən çox ehtimal olunan namizədlərdən biri respublikaçı-konqresmen Mayk Rocers hesab olunur. M.Rocers kosmosun hərbi məqsədlərdə istifadə edilməsi ideyasını uzun zamandır dəstəkləyir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31