Prezidentin korteji qəza törətdi

Polşa Prezidenti Anjey Dudanın olduğu avtomobil korteji 9 yaşlı oğlanı vurub.

Hadisə Osvensim şəhərində baş verib.

Belə ki, yolu skuterlə keçmək istəyən uşaq kortejdəki maşınların birinə çırpılıb. Uşaq ağır xəsarət almasa da, dərhal xəstəxanaya çatdırılıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31