"Moskva Rusiya və Gürcüstan liderlərinin görüşünün keçirilmə ehtimalını istisna etmir" - Qriqori Karasin
1 Oktyabr 2018 16:14 DünyaMoskva Rusiya və Gürcüstan prezidentlərinin görüşünün keçirilmə ehtimalını istisna etmir, tərəflər ona hazırlıq işləri üzərində çalışır.
Bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə danışıqlardan sonra məlumat verib.
"Belə görüş keçirilə bilər. Amma liderlərin görüşünün məhsuldar alınması üçün işləmək, hazırlaşmaq lazımdır. Hazırda bunun üzərində çalışırıq", - Q.Karasin qeyd edib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31