"Bəhreyn və BƏƏ Ər-Riyadın təbliğatına uydu" - İran
1 Oktyabr 2018 15:19 Dünyaİranın xarici siyasətinin başlıca prioritetlərindən biri qonşu dövlətlərlə qarşlıqlı hörmətə əsaslanır.
Bu sözləri İran Xarici işlər nazirliyinin sözcüsü Bəhram Qasımi deyib.
"Bəhreyn və BƏƏ-nin Səudiyyə Ərəbistanı və İsrailin antiiran təbliğatına uymaları İsrailin cinayətlərini qanuniləşdirəcək və müsəlmanlar arasında nifaq yaradacaq. Regionun müsəlman ölkələri arasında hər hansısa yanlış yanaşma qarşılıqlı etimadı azaldacaq", - deyə Qasımi bildirib.
Qeyd edək ki, Bəhreyn və BƏƏ BMT-nin Baş Asambleyasında İranı qonşu dövlətlərin xarici işlərinə müdaxilədə günahlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31