Malayziya: "İranla əlaqələri kəsməyə məcburuq"
1 Oktyabr 2018 14:39 DünyaBizim Amerikanın sanksiyalarına və İranla ticarət əlaqələrinə qoyduğu qadağalara riayət etməkdən başqa yolumuz yoxdur.
Bu sözləri BMT Baş Assambleyasına qatılmaq üçün Nyu Yorka səfər edən Malayziyanın Baş naziri Mahathir Məhəmməd deyib. Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalara toxunan Mahathir Məhəmməd bildirib ki, lazım olsa, Malayziya İranla hətta bütün iqtisadi münasibətlərini də dayandıra bilər:
"Düzdür, İranla ticarət əlaqələrini kəsməyin bizə müəyyən ziyanları da olacaq. Lakin biz dünyanın digər ölkələri ilə iqtisadi əməkdaşlığımızı genişləndirməklə bu ziyanı aradan qaldırmağa çalışacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31