Brüsselin beynəlxalq hava limanında narkokuryer saxlanılıb.
Ölkə prokurorluğunun yaydığı məlumata görə, sərnişinin çamadanına baxış zamanı 30 kiloqram ekstazi həbi aşkar edilib. Prokurorluq nümayəndəsi bildirib ki, sintetik narkotiki ölkəyə keçirməyə çalışan 23 yaşlı Niderland vətəndaşıdır. O, Brüsselə Dominikan Respublikasından uçuş edib.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31