Ərdoğan: "Geridə qaldı..."

Türkiyə-Almaniya münasibətlərində mürəkkəb dövr geridə qalıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, Almaniya ilə Türkiyə arasında bir sıra məsələlərdə mövqeləri eynidir:

"Əminəm ki, mənim Almaniyaya səfərim iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək. Ölkələrimiz arasında mürəkkəb münasibətlər geridə qalıb".

Xatırladaq ki, iki ölkə arasında münasibətlər 2016-cı ilin iyulunda Türkiyədə baş vermiş çevriliş cəhdindən sonra gərginləşmişdi. Almaniya həmin müddətdə Türkiyədə həyata keçirilən kütləvi həbsləri kəskin tənqid etmişdi.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31