ATƏT PA-nın sessiyasının tarixi və mövzusu açıqlanıb
1 Oktyabr 2018 13:45 DünyaATƏT-in Parlament Assambleyasının (PA) payız sessiyası oktyabrın 3-6-da Qırğız Respublikasının paytaxtrı Bişkekdə keçiriləcək.
Sessiyada Avropanın 57 ölkəsindən 300-dən çox deputat iştirak edəcək.
Bildirilib ki, yığıncağın açılışına Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov, parlamentin sədri Dastanbek Cumabekov və ATƏT PA sədri Georgi Tsereteli də qatılacaq.
Sessiya çərçivəsində "Mərkəzi Asiya və ondan kənarda təhlükəsizlik sahəsində qarşılıqlı dialoq" mövzusu müzakirə olunacaq.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31