İrandan Suriyaya raket zərbəsi

İranın İnqilab Keşikçiləri Qvardiyası Suriyada Fərat çayının şərqində yerləşən Deyrizor şəhərinin Elbu Kemal qəsəbəsində İŞİD terrorçularının mövqelərinə raket zərbəsi endirib. Zərbələr İranın Əhvaz şəhərində törədilən terror aktına cavab olaraq endirildiyi güman edilir. Zərbələr 6 orta ölçüdə olan ballistik raketlər vaistəsilə həyata keçirilib.

Qeyd edək ki, sentyabrın 22-də İranın Xuzistan əyalətinin Əhvaz şəhrində keçirilən hərbi parada edlən silahlı hücum nəticəsində 29 nəfər ölüb, 60-a yaxın insan yaralanıb.

Xatırladaq ki, Suriyanın şərqində terrorçu PKK-nın YPG və PYD adlı qolları da yerləşrir. Orada bu terrorçu qruplaşmaya ABŞ himayədarlıq edir. Türkiyə Ağ evdən həmin terrorçu qruplaşmanın ərazidən çıxarılmasını tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31