Mədəsindən 8 kq pul çıxdı – İnanılmaz olay
1 Oktyabr 2018 12:34 DünyaYaponiyada xəstəxanaların birində qeyri-adi hadisə baş verib.
Sakinlərdən biri həddən artıq yorğunluq və depressiya səbəbindən xəstaxanaya müraciət edib. Onun mədəsindən 8 kq ağırlığında metal pul tapılıb.
Rentgen görüntülərində xəstənin mədəsində dairə formasında cisimlər görülüb. Dərhal əməliyyat olunan şəxsin mədəsindən 1 894 ədəd qəpik çıxarılıb.
Həmçinin onun mədəsindən kağız, təbaşir, tük və bu kimi başqa xırda cisimlər də aşkar edilib.
Həkimlər bunu pasientin psixoloji xəstəlikdən - "Pika"dan əziyyət çəkməsi ilə əlaqələndirib.
Bu xəstəlik daha çox yetkinlik yaşına çatmamış gənclərdə və hamilə qadınlarda müşahidə olunur.
teleqraf


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31