Dünyanın ən yaxşı universitetləri - Siyahıda İraq da var

İngiltərənin "Times Higher Education" jurnalı dünyanın ən yaxşı universitetlərinin adını açıqlayıb.

Bura 500 universitet daxildir.
Siyahı hazırlanarkən təhsil müəssisələrinin elmi tədqiqatları, beynəlxalq araşdırmaları, gəlirləri və ötən ilki siyahıda sıralaması nəzərə alınıb.

Siyahıda Böyük Britaniya, ABŞ və Yaponiyadan sonra ən çox ali təhsil müəssisəsi olan Çin yer alıb. Ümumilikdə siyahıya Çindən 72 universitet daxil edilib.

Sıralamada 1-ci yeri İngiltərənin Oksford Universiteti tutur. Universitet 3 ildir ki, birinci yerdədir.

İlk dəfə siyahıya İraqın ən böyük ali təhsil müəssisəsi olan Bağdad Universiteti də daxil edilib. Türkiyədən isə siyahıda Sabancı və Koç universiteti yer ala bilib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31