Poroşenkonun Donbas ssenarisi məhv edilir

Rusiya Donbasda sülhməramlıların yerləşdirilməsinə mane olmur. Kiyev sülhməramlıların əli ilə Donbasda nəzarəti bərpa etmək və ordunu tam təchiz etmək istəyir.

Bu sözləri rusiyalı senator Aleksey Puşkov deyib.

"Poroşenko bu ssenarinin reallaşacağına ümid etməməlidir. Bu kimi "sülhməramlı"lar Donbasda olmayacaq", - deyə senator bildirib.

Qeyd edək ki, Ukrayna lideri Pyotr Poroşenko Rusiyanın Donbasda sülhməramlılar yerləşdirilməsinə mane olduğunu bildirmişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31