Suriya yenidən Ərəb Birliyinə qayıdır?
1 Oktyabr 2018 12:01 DünyaƏrəb Dövlətləri Liqası Dəməşqin üzünə "qapıları açarsa", Suriyanın yenidən bu birliyə üzvlüyü ilə bağlı məsələ müzakirə oluna bilər.
Bu sözləri Suriya Xarici İşlər naziri Valid Müəllim deyib.
"Əvvəla, kim qapıları bağlayıbsa, o da ilk növbədə açmalıdır. Daha sonra biz Suriya olaraq bu məsələni müzakirəyə çıxara bilərik", - XİN rəhbəri bildirib.
Qeyd edək ki, 2011-ci ildə Suriyada iğtişaşlar başlayan zaman bu ölkənin Ərəb Birliyindən çıxarılması ilə bağlı qərar verilmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31