AB türməsindən ilk qaçan biz olduq - London
1 Oktyabr 2018 11:55 DünyaAvropa Birliyi türməyə bənzəyir.
Bunu Mühafizəkarlar Partiyasının iclasında çıxışı zamanı Britaniya Xarici İşlər naziri Ceremi Hant deyib.
"Əgər siz AB klubunu həbsxanaya çevirirsinizsə, o zaman bundan qaçmaq istəyənlərin sayı azalmayacaq. Bu say artacaq və biz AB-dən qaçmaq istəyən yeganə məhkum olmayacağıq. Hazırda AB rəhbərliyi birliyi bir yerdə qoruyub saxlamaq üçün vasitə axtarır. Bunun üçün AB-dən ayrılmaq istəyən üzvlər cəzalandırılır", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31