Yerevanda Rusiya-Ermənistan birgə hərbi təlimləri başlayıb
1 Oktyabr 2018 11:28 DünyaErmənistanın Bəhrəmyan poliqonunda Rusiyanın bu ölkədəki hərbi bazasının və Ermənistan silahlı qüvvələrinin batalyon taktiki qruplarının iştirakı ilə ikitərəfli batalyon taktiki təlimlərinə start verilib.
Bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib.
Onun sözlərinə görə, təlimlər zamanı motoatıcı bölmələrin komandirləri aviasiyanın və digər növ bölmələrin dəstəyi ilə şərti düşmənin axtarışı, mühasirəyə alınması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.
Təlimlərə iki ölkənin 1000-dən çox hərbçisi, təxminən, 200 ədəd xüsusi hərbi texnika cəlb edilib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31