Böyük FƏLAKƏT: ölənlərin sayı 1203-ə çatdı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

İndoneziyada zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1203-ə çatıb. Publika.az xəbər verir ki, bu haqda "Anadolu" agentliyi yerli mediaya istinadən yazıb

***

İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində ölənlərin sayı 832-yə çatıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu məlumatı ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqroxo təsdiqləyib.

***

İndoneziyada baş verən zəlzələ və sunamı nəticəsində ölənlərin sayı 420 nəfərə çatıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və İnformasiya Nazirliyinin nümayəndəsi Ferdinandus Setu məlumat yayıb.

Sentyabrın 28-də Sulavesi adası sahillərində 7,4 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan olunub.

***

İndoneziyanın Sulavesi adası sahillərində 7,4 bal gücündə zəlzələ və ardınca sunaminin baş verməsi nəticəsində ölənlərin sayı 384 nəfərə çatıb.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda mətbuat konfransında təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarənin nümayəndəsi bildirib.

Daha 356 nəfərin xəsarət aldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31