112 nəfər öldü, 8 təyyarə, 7 vertolyot və. .. - Rusiyaya ŞOK
30 Sentyabr 2018 22:43 DünyaSuriyada Rusiya Silahlı Qüvvələrinin itkiləri 112 nəfər təşkil edir.
Publika.az Rusiya mediasına istnadən xəbər verir ki, bu haqda Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədri Viktor Bondaryev bildirib.
"Hazırda Suriyada Rusiyanın Silahlı Qüvvələrinin itkiləri 112 insan təşkil edir, Bundan başqa, 8 təyyarə, 7 vertolyot, bir-iki zirehli maşın və zirehli avtomobil itirilib", - Bondaryev deyib.
Komitə sədri həmçinin vurğulayıb ki, Suriyada Rusiya ordusunun hərəkətləri ölkənin vuruşmağı öyrəndiyini göstərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31