İndoneziyada dağıdıcı zəlzələ sunamiyə səbəb oldu - VİDEO
29 Sentyabr 2018 00:37 DünyaIndoneziyanın Sulavesi adasında 7,4 maqnitudalı zəlzələdən sonra güclü sunami əmələ gəlib.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, hündürlüyü iki metrə çatan dalğa sahildəki tikililəri dağıdıb, kiçik gəmini okeana aparıb.
Bununla belə zərərçəkən olmayıb.
Qeyd edək ki, Sulavesidə zəlzələ nəticəsində bir nəfər ölüb, onlarla adam xəsarət alıb.
Əhalinin təxliyə edilməsi prosesi davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31