Ərdoğan alman mətbuatına: "Buna haqqımız yoxdur"
28 Sentyabr 2018 19:03 Dünyaİlk növbədə bir şeyi qəbul etməliyik. Nə mən Almaniyanın hüquq sistemini və ya məhkəmələrini tənqid haqqına sahibəm, nə də siz türk məhkəmə sistemini tənqid etmək haqqına sahibsiniz.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Berlində Almaniya kansleri Angela Merkellə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
"Məhkəmələr müstəqildir, verdikləri qərarlara hörmət edilir. Öz ölkəmdə belə bəyənmədiyim qərarların qəbul edildiyi zamanlar olub. Bu qərarlara əməl etməyə məcbur olmuşam. Bunları həmişə yaşamışıq, yaşayırıq", - Ərdoğan bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31