Avropada tətil səbəbindən 240 aviareys təxirə salınıb
28 Sentyabr 2018 18:54 Dünyaİspaniyada İrlandiyanın "Rynair" şirkətinə məxsus pilot və bələdçilərin tətili ilə bağlı bu gün 86 reys təxirə salınıb.
Nəticədə 16 min sərnişin hava limanlarında qalıb.
İspaniyanı, Portuqaliyanı, İtaliyanı, Almaniyanı, Belçikanı, Hollandiyanı əhatə edən tətil səbəbindən bu gün 2400 təyyarə reysinin 240-ı təxirə salınıb. Tətil iştirakçıları hər yerdə İrlandiya qanunlarının tətbiqinə etiraz edərək əmək şərtlərini hər ölkənin şəraitinə uyğunlaşdırmağı tələb edirlər. Şirkət rəhbərliyi isə bu tələbi gələn il həyata keçirməyi vəd edir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31