Dünyada bir ilk — Asteroid səthindən VİDEO
28 Sentyabr 2018 17:24 Dünya"MİNERVA-II1" roveri Yerə yeni fotolar və video göndərib.
Söhbət Ryuqyu asteroidinin səthində lentə alınan kadrlardan gedir. Bu, dünya tarixində bir ilkdir.
"Xayabusa-2" avtomatik stansiyası kosmosa 2014-cü ilin dekabr ayında göndərilib. Aparat Ryuqyu asteroidini tədqiq etməli və nümunələrlə Yerə qayıtmalı idi. Alimlər ehtimal edirlər ki, aparat Günəş Sisteminin ilkin materiyasından təmiz nümunələri Yerə gətirəcək. Yapon aparatı iyun ayının əvvəlində hədəfə nail oldu və asteroidə yaxınlaşmağa başladı.
"Xayabusa-2" Ryuqyunun səthinə ensə də, qrunt yığımı bir neçə həftə sonra baş tutacaq. Cünki zond orbitdəki mövqeyini müəyyənləşdirməli, lazım olarsa onu korrektə etməlidir. Sonra isə astreoidin relyefini tədqiq edəcək.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31