Avropa İttifaqında sərhədləri PUA-lar qoruyacaq

Avropa İttifaqı (Aİ) kənar sərhədlərin təhlükəsizliyini artırmaq məqsədi ilə pilotsuz uçan aparatlarla (PUA) nəzarət sistemini işə salmaq istəyir.

Artıq Yunanıstan, İtaliya və Portuqaliyada sınaq uçuşlarına start verilib.

Avropa İttifaqı Sərhəd Təhlükəsizliyi Agentliyindən (FRONTEX) bildirilib ki, PUA-lar termal kameralar və radarlarla təchiz edilib.

Sınaqların bu ilin sonuna qədər davam edəcəyi, əldə ediləcək nəticələr və maliyyə xərclərinə uyğun olaraq PUA-ların rəsmən fəaliyyətə başlayıb-başlanılmayacağına qərar veriləcək.

Qeyd edək ki, Avropa İttifaqı PUA-ları dənizlərə nəzarət, şübhəli gəmilərin müəyyən edilməsi, xilasetmə əməliyyatları və.s işlərdə istifadə etmək niyyətindədir.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31