Uçan avtomobil gələn ay satışa çıxarılacaq

Ötən il tərkibinə "Volvo"nun da daxil olduğu "Terrafugia" firmasını satın alan "Geely" təkmilləşdirdiyi uçan avtomobili satışa çıxaracaq.

Texnologiya dünyasını həyəcanlandıran xəbər avtomobil nəhəngi tərəfindən açıqlanıb. Satış gələn ay ABŞ-da gerçəkləşəcək.

Avtomobilin qiyməti haqda hələlik heç bir məlumat verilmir. Uçan avtomobil saatda 322 kilometr sürətlə hərəkət edir.  

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31