Tramp jurnalistə müraciət forması ilə təəccübləndirdi
28 Sentyabr 2018 16:50 DünyaABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında jurnalistə müraciət forması ilə yadda qalıb.
Ağ Ev rəhbəri hakimiyyətə gəlməsindən bu yana 5-ci dəfə yazılı mətn olmadan kürsüyə çıxıb. Tez-tez kobud ifadələri və məntiqsiz cümlələrinə görə tənqid edilən Tramp bu dəfə də müraciət şəkli ilə təəccübləndirib. Belə ki, İraqda və Suriyada İŞİD-ə qarşı vuruşan kürdlərə olan sevgisindən danışan Tramp "Bizimlə müharibə aparan kürdlər isə öldülər" deyib.
Daha sonra isə o, sual ünvanlamaq istəyən jurnalistə üzünü tutaraq "Buyur, cənab kürd" deyə müraciət edib.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31