Qalmaqallı “Türkiyə gözəli” danışdı

Qalmaqallı "Türkiyə gözəli" Şevval Şahin tacının geri alınması barədə aparılan müzakirələrə reaksiya verib. O, "İki sayfa" proqramına qonaq olaraq estetiksiz fotosunu yayaraq təqnid edənlərə cavab verib:

"Birinci seçildiyim üçün çox xoşbəxtəm. Qalib olacağımı gözləmirdim.Burnum xaric heç bir estetik prosedura əl atmamışam. 17 yaşımda əməliyyat olunmuşam. Bunu heç vaxt gizlətməmişəm. Yayılan fotoda yaşım 13-dür. Məktəb illərində lentə alınıb. Məni çox tənqid etdilər, amma kədərlənmədim.

Plastik əməliyyatlara normal baxıram. Üzüm və boyuma görə birinci seçilməmişəm. Hər şeyimlə qalib olmuşam. Estetetiksiz halımla birinci olmasam da, dərəcə ala bilərdim. Çünki yarışmada estetik qadağan olunmayıb".  
 

qafqazinfo


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31