ABŞ-da saxlanılan qədim abidə İrana qaytarılıb

ABŞ-da saxlanılan 2500 illik qədim abidə İrana qaytarılıb. 

Bunu Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak edəndən sonra Tehrana dönən İran prezidenti Həsən Ruhani jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İran millətinin varidatı olan bu qədim abidəni bir neçə il bundan əvvəl başlamış ağır məhkəmə çəkişməsindən sonra vətənə qaytarmaq mümkün olub.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31