Pakistan məhkəməsi 11 terrorçu barəsində edam hökmü çıxarıb
28 Sentyabr 2018 16:22 DünyaPakistan məhkəməsi 11 terrorçu barəsində edam hökmü çıxarıb.
Bunu Pakistanın Quru Qoşunlarının komandanı Kamar Cavid Bajva bildirib.
Onun sözlərinə görə, həmin terrorçular 49 dinc sakinin və təhlüksizlik qüvvəllərinin 20 əməkdaşnın qətlində, terror aktlarının təşkilində, qanunsuz təşkilatlara üzv olmaqda, habelə təhsil müəssisələrinə hücum etməkdə və 148 nəfərin yaralanmasında təqsirli biliniblər.
Barəsində edam hökmü çıxarılanlardan biri də Ayin Ullahdır. O, 2009-cu ildə Pakistanın Peşavar şəhərində bazarda terror aktını təşkil etməkdə günahkar bilinib. Həmin terror aktı nəticəsində 48 nəfər ölmüş, 109 nəfər yaralanmışdı.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31