Baxtadze abxazlara və osetinlərə səsləndi

Gürcüstan Baş naziri Mamuka Baxtadze BMT Baş Assambleyasında çıxışı zamanı Abxaziya və Cənubi Osetiya əhalisinə müraciət edib.

Baş nazir müraciətində Gürcüstanın gələcəyinin Abxaziya və Cənubi Osetiya ilə birgə olduğunu bildirib. O, Gürcüstanın ərazi konfliktini suverenlik, ərazi bütövlüyü, insan haqlarının qorunması, beynəlxalq hüquq prinsipləri əsasında həll edəcəyini deyib:

"Bu gün bu tribunadan abxaz və osetin vətəndaşlarımıza müraciət etmək istərdim. Gürcüstanın hər uğuru sizin də uğurunuzdur. Biz öz gələcəyimizi yalnız sizinlə görürük. Sizin hər biriniz Gürcüstanın uğurlarından yararlanmalısınız. Bir daha Rusiyaya müraciət edərək bildirirəm ki, bizim sülh təşəbbüslərimizə mane olmayın".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31