"Paytaxtı Qüds olan Fələstin yaradılmasa..." - Abbas
28 Sentyabr 2018 15:54 DünyaQüdsün statusu və Fələstin xalqının haqları ticarət predmeti ola bilməz.
Bunu BMT Baş Assambleyasında çıxışı zamanı Fələstin lideri Mahmud Abbas deyib.
"Qüds satılmır. Fələstin xalqının haqları ticarət predmeti ola bilməz. Regionda sülhün bərpa edilməsi yolu paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasından keçir. Əgər bu baş tutmasa, regiona sülh gəlməyəcək. Fələstinlilər hələ də sülhə inanırlar. Biz heç vaxt danışıqlardan imtina etməmişik və bundan sonra da daim əlimizi danışıqlar üçün uzadacağıq", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31